İrəvanda 6 nəfər silah gəzdirməkdə şübhəli bilinərək saxlanılıb.
Demokratikmusavat.com erməni mediasına istinadən bildirilir ki, bir müddət əvvəl onlar Ermənistanın baş naziri Nikol Paşinyanın getməyə hazırlaşdığı məktəblərdən birində hazırkı hakimiyyətə etiraz aksiyası keçiriblər.
Eyni zamanda Azərbaycan kəndlərinin Bakıya qaytarılmasının əleyhinə olan nümayişçilər İrəvanın müxtəlif yerlərində yolları bağlamaqda davam edirlər.
Polis etirazçıları saxlamağa başlayıb. 41 iştirakçının saxlanıldığı bildirilir.