Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Qazaxıstanın Almatı şəhərində davam etdiriləcək.
Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, nazirlər “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə müzakirələri davam etdirəcəklər.
Qeyd edək ki, nazirlər arasında danışıqlar dünən başlayıb. İlk raundda müzakirələr 4 saat çəkib.