Haitidəki vəziyyət ABŞ-nin daxili işlərinə qarışmasına icazə verildiyi təqdirdə bir dövlətin başına nə gələcəyinin bariz nümunəsidir.
"Ölkə.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ ilə müdafiə sahəsində əməkdaşlığa başlayan Haiti hakimiyyəti ölkəni viranəliyə və dövlətin faktiki olaraq dağılmasına gətirib çıxarıb. Zaxarova öldürülən Prezident Jovenel Moisenin taleyini xatırladıb.
“Zelenski üçün qeyd”, - Zaxarova yazıb.