Qəzzada öldürülən fələstinlilərin sayı açıqlandı

 

Ötən ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu günədək 44,3 mindən çox fələstinli ölüb, 105 minə yaxın insan yaralanıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin teleqram kanalında bildirilib.

“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 44 330 nəfərə çatıb, daha 104 933 nəfər isə yaralanıb”, - qurumun icmalında deyilir.

Həmçinin qeyd edilir ki, son gün ərzində anklavda İsrailin bombardmanları və top atəşləri nəticəsində 48 nəfər ölüb, 53 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.

0.27284407615662