Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək

 

Avstraliya Ukraynaya ümumi məbləği 100 milyon dollar olan daha bir yardım paketi təqdim edəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, məbləğin 50 milyon dolları yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin, 30 milyon dolları isə dronların alınmasına sərf olunacaq. Vəsaitin qalan hissəsi rezin qayıqlardan dəbilqə və çəkmələrə qədər müxtəlif vasitələrə xərclənəcək.

Qeyd edək ki, Avstraliya hakimiyyətinin Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği artıq 880 milyon dollar təşkil edib.

0.21346592903137