Bu payız dronlar dövrü olacaq - Reznikov

 

2023-cü ilin payızı ukraynalılar üçün “dronlar dövrü" olacaq. Bu aylarda istehsal gücü xalqı xüsusilə sevindirəcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, ölkə təxminən bir ildir yeni PUA-ların yaradılması üçün lazım olan prosedurları maksimum dərəcədə sadələşdirərək bu nəticəyə doğru çalışır:

"Biz bunu keçən payızda etdik, bütün bunlar yeni qaydalara uyğun yaradılarkən - sürətli deyildi, demək olar ki, bir il çəkdi".

Onun sözlərinə görə, bu mövsüm müxtəlif dronların istehsalını gözləmək lazımdır.

 

0.26062703132629