Şərqi Afrikada minlərlə qaçqın daşqından zərər çəkib

 

Şərqi Afrika ölkələrində minlərlə qaçqın bölgədə daşqın səbəbindən müvəqqəti yaşayış yerlərini tərk etmək məcburiyyətində qalır.

APA xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmi nümayəndəsi Olqa Sarrado Cenevrədə keçirdiyi brifinqdə deyib.

"Şərqi Afrikada minlərlə insan o cümlədən qaçqınlar, "El-Nino" qasırğasının səbəb olduğu leysan yağış və şiddətli daşqınlardan əziyyət çəkir", - deyə o bildirib.

Sarrado, Keniyada 380 mindən çox insanın yaşadığı Dadaab düşərgələrində təxminən 20 min qaçqının evlərini tərk etmək məcburiyyətində qaldığını söyləyib.

Onların bir çoxu qonşu Somalidəki şiddətli quraqlıqdan səbəbindən bura gəlib.

Burundidə daşqınlardan zərər çəkmiş ərazilərdə 32 minə yaxın qaçqın yaşayır.

Ərzaq və ilkin tələbat mallarının əlçatanlığı çətinləşir.

Sinif otaqları su altında qaldığından və tədris materialları dağıdıldığından məktəblər bağlı qalır.

Tanzaniyada Nyarugusu və Nduta düşərgələrində 200-ə yaxın ailə zərər çəkib.

 

0.21316194534302