Özbəkistanın paytaxtı Daşkənt şəhərində Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə Özbəkistan Könüllülər Assosiasiyası arasında memorandum imzalanıb.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri Şirin Abidova arasında görüş keçirilib və memorandum imzalanıb.
Memorandumun məqsədi ölkələr arasında ikitərəfli əlaqələri gücləndirmək üçün könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, mübadilə proqramlarının təşkili və beynəlxalq layihələrdə könüllülərin iştirakının təmin edilməsidir.