General çağırış etdi: Rusiyanı məğlub etmək mümkündür

 

Ukrayna ordusunun hazırkı əks-hücum əməliyyatı Rusiyanı geri sıxışdırmayacaq və Kiyev itirdiyi əraziləri qışdan əvvəl geri qaytarmayacaq.

Demokratikmusavat.com xəbər verir ki, bunu Britaniya ordusunun generalı Riçard Berrons deyib.

Generalın sözlərinə görə, buna baxmayaraq, hazırkı uğurlarla ukraynalı döyüşçülər göstərdilər ki, rus ordusunu məğlub etmək mümkündür:

“2023-cü ildə yox, 2024 və ya 2025-ci ildə. Ciddi uğurlar göstərir ki, yaxşı hazırlanmış müdafiəni keçmək olar. Ukrayna ordusu birinci müdafiə xəttini keçib. Rusiyanı məğlub etmək olar, lakin Kiyev buna daha çox vaxt və pul xərcləməli olacaq. Qərb ölkələri ya daha ​​çətin kampaniyaya sadiq qalmalı, ya da Ukraynanı tərk etməlidir”.

General Ukraynanı, müttəfiqlərin qadağasına məhəl qoymayaraq, Rusiya ərazisinə hücum etməkdə cəsarətli olmağa və eləcə də Qara dəniz donanmasını neytrallaşdırmağa çağırıb.

Berrons bildirib ki, Kiyevin uğuru müttəfiqlərin müdafiə sənayesini hansı templə genişləndirməyindən asılıdır.

0.26200985908508