Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirdi

 

Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən ölkənin zirehli qüvvələrinin əsas bazasına tam nəzarəti ələ keçirməsi ilə bağlı məlumat yayıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Xartumun cənubundakı Əl-Şəcər bölgəsində perimetr boyu zirehli bazanın təhlükəsizliyi təmin edilib, əlavə olaraq xüsusi təyinatlılar ətraf ərazilərdən çıxarılıb.

Hələlik xüsusi təyinatlılar məlumatla bağlı rəsmi açıqlama verməyib.

Xəbərə görə, Sudan silahlı qüvvələri paytaxtdakı xüsusi təyinatlı qüvvələrin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya atəşi səsləri də eşidilir. Omdurman şəhərində də şiddətli döyüşlər gedir.(Report)

0.16492891311646