Reaktiv xizəklə Əlcəzair sularına daxil olan turistlərə atəş açdılar - FOTO

 

Mərakeşin Saidiya kurort qəsəbəsindən reaktiv xizəklə Əlcəzair sularına daxil olan 4 Fransa-Mərakeş vətəndaşına Əlcəzair sahil mühafizəsi atəş açıb.

Demokratikmusavat.com xarici “Sabah” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Sağ qalanlardan Smail Snaben sahil mühafizə qrupu tərəfindən saxlanılıb, Mohamed Kissi isə qaçaraq Mərakeşə qayıdıb.

Mohamed Kissi verdiyi açıqlamada, azdıqlarını söyləyib.

"Əlcəzairə çatana qədər yolumuza davam etdik. Əlcəzairə məxsus qayıq bizə tərəf gəldi və atəş açdılar. Mən vurulmadım, amma qardaşımı və dostumu öldürdülər.

Biz sahil mühafizəsi ilə danışmağa çalışdıq. Qardaşım və dostuma 5 güllə vuruldu. Mən geri qayıtdım və Mərakeş donanması tərəfindən xilas edildim”, - deyə o əlavə edib.

Əlcəzair rəsmiləri insidentlə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Qərbi Saxara ilə bağlı ziddiyyətli olan Mərakeş və Əlcəzair arasında uzun illərdir gərginlik davam edir. İki ölkə arasındakı sərhəd 1994-cü ildə bağlanıb və Əlcəzair 2021-ci ilin avqustunda Mərakeşlə bütün diplomatik əlaqələri kəsib. Əlcəzair Mərakeşi düşmənçilik hərəkətlərində ittiham etsə də, Mərakeş administrasiyası bu iddiaları rədd edib.

Günay

Ölkə.az

 

0.16604614257812