Quterreş: “Səylərimizi əsirgəməyəcəyik"

 

"BMT-nin "Taxıl sazişi" ilə bağlı yeni təklifi təşəbbüsü bərpa etmək zərurətləri ilə bağlıdır. Sazişin davamlı olması üçün səylərimizi əsirgəməyəcəyik".

Demokratikmusavat.com xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT-nin qərargah binasında jurnalistlərə açıqlamasında deyib.

Baş katib bildirib ki, təklifdə bir çox məsələlər, o cümlədən, Rusiyanın ərzaq və gübrələrinin qlobal bazarlara effektiv çıxışına imkan verən narahatlıqları aradan qaldırmaq üçün bəzi konkret həll yolları da təklif olunub: "Münasib qiymətlər bu təklifin tərkib hissəsidir. Mən inanıram ki, ciddi işləməklə Ukrayna, Rusiya və eləcə də, dünya üçün müsbət həll yolu tapa bilərik. Bir çox ölkənin təminat verməklə bağlı böyük çətinliklərlə üzləşdiyi bir anda dünya əhalisinin ərzaq təhlükəsizliyi hər şeydən vacibdir. Bu sazişin davamlı olması üçün səylərimizi əsirgəməyəcəyik".

0.27261304855347