İngiltərə müdafiə naziri Uollesin istefa səbəbi məlum oldu

 

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin istefa səbəbi məlum olub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, nazir Ben Uolles istefa ərizəsini Britaniyanın baş naziri Rişi Sunaka təqdim edib.

İstefa məktubunda keçən ay 4-cü ilinə girdiyini xatırladan Uolles ümumilikdə 9 il müxtəlif nazirliklərdə xidmət etdiyini də qeyd edib:

“Bu böyük ölkəni və onun vətəndaşlarının təhlükəsizliyini qorumaq, sizə və sələflərinizə xidmət etmək şərəfinə nail olmuşam.

Bildiyiniz kimi, bu xidmət 24/7 işləmək məsuliyyətinə malikdir.

Həm təhlükəsizlik naziri, həm də müdafiə naziri işlədiyim müddətdə hökumətin müxtəlif təhdid və insidentlərə reaksiya verməsində öz töhfəmi vermişəm.

Bu öhdəlik ailəm və özüm üçün bir bədəl tələb edib. Buna görə də istefa vermək qərarına gəlmişəm.

İndi həyatımda laqeyd olduğum sahələrə investisiya etmək istəyirəm.

Mənim üçün yeni imkanları araşdırmağın vaxtıdır”.

Xatırladaq ki, enerji və karbon neytrallığı naziri 54 yaşlı Qrant Şapps ölkənin yeni müdafiə naziri olub.

Günay

0.18646097183228