Çin alimləri Defne Samyelinin gəncliyinin sirrini araşdıracaq - FOTO

 

Çində bir universitetin genetik elmləri laboratoriyasında məşhur türkiyəli aparıcı, müğənni və aktrisa Defne Samyelinin dərisinin ətraflı müayinəsi aparılacaq.

Demokratikmusavat.com onedio.com-a istinadla xəbər verir ki, araşdırma çərçivəsində Samyelinin dərisinin genetik quruluşu və xüsusiyyətləri elm adamları tərəfindən təhlil ediləcək.

Xiamen Universitetinin bir qrup tədqiqatçısı dünyanın müxtəlif ölkələrindən genetik mənşəli və dəri gəncliyi ilə bağlı müxtəlif ölkələrdən olan insanların nümunələri ilə tədqiqatlar aparır. Bu dəfə də D.Samyeli araşdırmaçıların diqqətini çəkib.

Türkiyənin genetik müxtəlifliyini və dəri gəncliyinə təsirini ortaya çıxaracaq bu araşdırmanın nəticəsi elm aləmində maraqla gözlənilir.

Universitetin çağırışı ilə Pekinə yola düşəcək 51 yaşlı aktrisa təxminən 4 min nəfərin qarşısında dəri sağlamlığı və gözəlliyi mövzusunda konfrans da təşkil edəcək.

Samyeli universitetin dəvətinin onu xeyli təəccübləndirdiyini söyləyib:
“Yaxın Şərqdən diqqət görməyə öyrəşmişəm, amma Uzaq Şərqdən məni izləyən və hətta araşdıran belə bir heyətin olduğunu bilmək və konfransda bu qədər insanın qulaq asmağa gələcəyini öyrənmək mənim üçün böyük sürpriz oldu. 

Əlbəttə, bu, məni çox sevindirən bir sürprizdir. Dünyanın harasında olur-olsun, xüsusi maraqlandığım mövzularda izdiham qarşısında çıxış etmək mənim üçün çox xoşdur”.

 

0.20990896224976