Əhmədinejada qarşı sui-qəsd edilib

 

İranda ölkənin eks-prezidenti Mahmud Əhmədinejada qarşı sui-qəsd edilib. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə özünün teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, sabiq dövlət başçısının ofisi lazımi tədbirlərin görülməsi xahişi ilə ölkənin təhlükəsizlik orqanlarına məktub göndərib. Məktubun məzmununa görə, “son günlər atılan addımlar açıq şəkildə eks-prezidentə sui-qəsd cəhdindən xəbər verir”.

Mahmud Əhmədinejad 2005-ci il avqustun 3-dən 2013-cü il avqustun 3-dək İslam Respublikasının prezidenti vəzifəsində çalışıb. O, dövlət başçısı olduğu müddətdə İranın Rusiya və ərəb dünyası ilə əlaqələrinin gücləndirilməsinin tərəfdarı olub və ABŞ prezident administrasiyasını sərt tənqid edib.

 

 

0.17575192451477