Haaland Mbappe ilə döyüşmək istəmir

 

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Youtube”da yayımlanan "Impaulsive" kanalında qonaq olub.

Publika.az xəbər verir ki, o, "özünü Kilian Mbappe və ya başqa futbolçuya qarşı rinqdə təsəvvür edə bilirsənmi?" sualını cavablandırıb:

“Xeyr. Düzünü desəm, döyüşməyi sevmirəm. Mən işimlə məşğul olmağı daha üstün tuturam, ona görə də yox”.

Erlinq Haaland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. “Şəhərlilər”in heyətində keçirdiyi 58 matçda norveçli hücumçu 55 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

0.23175191879272