Qısqandığına görə ərinə ağlasığmaz böhtan atdı: rus qadın polisləri şoka saldı

 

Moskvada qadın ərini bir yaşlı qızını zorlamaqda ittiham edib. Sonradan məlum oldu ki, hekayə ilk baxışdan göründüyü qədər sadə deyil.

Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, Olqa və Yevgeni adlı ər-arvad mənzildə birlikdə spirtli içki qəbul ediblər. Onlar mübahisə edib və ayrı otaqlara gediblər.

Ər qızına, xanımı isə televizora baxıb. Bir müddət sonra körpənin ağladığını eşidən qadın ərinin uşağına təcavüz etdiyini düşünüb və dərhal polisə, həkimlərə müraciət edib.

Lakin onlar heç bir zorlama və ya döyülmə əlaməti tapmayıblar. Polislə ünsiyyət qurarkən həyat yoldaşları hər şeyin necə baş verdiyini danışıblar. Məlum olub ki, Olqa ərinin iş yoldaşı ilə yazışmalarını görüb, aralarında münaqişə yaşanıb. Bir müddət sonra qadın sakitləşib və əri ilə danışmağa başlayıb, lakin sonra yenidən qapıları çırparaq aqressiv nitqi seçib. Buna cavab olaraq Yevgeni onu divana itələyib və uşağın yanına - başqa otağa keçib.

Olqanın yüksək səslə televizora baxması səbəbindən körpə yuxudan oyanaraq ağlamağa başlayıb. Məhz bu anda qadın "zorlama" ittihamını irəli sürüb.

Bütün detallar üzə çıxandan sonra polis hər iki şəxs barədə araşdırmaya başlayıb.

Demokratikmusavat.com

0.21753096580505