Kreml oyunun arxasındadır, Bakı-İrəvan yaxınlaşmasından narahatdır - KİV

 

Bakının hərəkətlərini pisləyən, Qarabağla bağlı “humanitar böhran” hesabatı dərc edən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun arxasında Kreml  dayanır. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “EU Reporter” nəşri yazır.

“Qarabağdakı vəziyyəti “erməni soyqırımı” adlandırmaq qərəzlidir və Okamponun arxasında Kremlin dayandığını sübut edir. Moskva Bakı ilə İrəvanın sülh müqaviləsi ilə bağlı tədricən yaxınlaşmasından çox narahatdır. Bu ssenari Moskva üçün qəbuledilməzdir. Çünki bu, Rusiyanın Cənubi Qafqazda təsirinin itirilməsi demək olacaq”, - məqalədə deyilir.

 

 

0.18557786941528