Qərbə qarşı həmlə güclənir: Yeni tərkinib geosiyasi gücü

 

23 ölkənin üzvlük üçün müraciət etməsinə baxmayaraq, son BRİKS Sammitində təşkilata cəmi 6 ölkə qəbul edilib: Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Argentina, Misir və Efiopiya. İndi bütün bunlar "BRICS Plus" adlanır. Bu 6 ölkənin hansı meyarlarla seçildiyi bəlli deyil.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” nəşri yazır.

“Bu sammit nümayiş etdirdi ki, yeni geosiyasi və hər şeydən əvvəl iqtisadi güc formalaşır. BRİKS ölkələrinin dünya iqtisadi istehsalında payı yeni üzvlər nəzərə alınmaqla 29,2%-ə yüksələcək. Artıq bu gün dünya əhalisinin 40%-dən çoxu BRİKS ölkələrində yaşayır”, - mətbu orqanın məqaləsində bildirilir.

Nəşr belə müqayisə aparır: G7 ölkələrinin payı bu gün dünya iqtisadi istehsalının 45%-ni təşkil edir. 20 il əvvəl bu rəqəm 65% idi. Növbəti illərdə iqtisadi çəki BRİKS ölkələrinin xeyrinə dəyişməyə davam edəcək.

0.38411808013916