Rusiyanın Oryol vilayətinə PUA düşüb

 

Rusiyanın Oryol vilayətinin Soskovski rayonundakı tarlada pilotsuz uçuş aparatı (PUA) tapılıb.

APA xəbər verir ki, bu barədə qubernator Andrey Klıçkov Telegram kanalında bildirib.

PUA-nın düşdüyü ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb və lazımi tədbirlər həyata keçirilir.

Klıçkovun sözlərinə görə, rayon sakinləri üçün heç bir təhlükə yoxdur, vəziyyət nəzarət altındadır.

0.16912794113159