İranın İrəvana təyinatı: Tehranın sensasion Azərbaycan PLANI

 

Ermənistan İranın Azərbaycana qarşı marionet müharibəsinin alətinə çevrilir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrailin Yaxın Şərq və Mərkəzi Asiya Araşdırma Mərkəzinin analitik sənədində qeyd olunub.

Bildirilir ki, İran adi hərbi güc baxımından zəif ölkədir və ənənəvi olaraq birbaşa qarşıdurmadan çox asimmetrik müharibəyə arxalanır. İran raketlər, pilotsuz uçuş aparatları və proksilərdən (dolayı iştirakçı, alətlər) istifadə etməklə öz asimmetrik gücünü artırmağa nail olub. Tehranın vasitələrindən biri də Azərbaycana qarşı istifadə etdiyi Ermənistandır.

“Qarabağın mülkiyyətinə dair heç bir hüquqi mübahisə yoxdur - bu, Azərbaycan beynəlxalq səviyyədə tanınmış hissəsidir və hətta Ermənistan quldur rejimi tanımır. Ermənistan beynəlxalq səviyyədə iddialarının legitimliyini dəstəkləmək üçün məcburi hüquqi iddia irəli sürə bilmir. O, Azərbaycanla münaqişəni növbəti “soyqırımı” kimi qələmə vermək və ya Bakını iranlılardan sitat gətirərək Qarabağa cihadçıları göndərməkdə ittiham etmək kimi bir çox daim dəyişən rəvayətlərə əl atır”, - sənəddə qeyd edilib.

Mərkəzin analitikləri yazır ki, İranın Suriyadakı səfiri Mehdi Sobhani İrəvana diplomatik nümayəndə təyin edilib. İranın Dəməşq və Beyrutdakı səfiri vəzifəsi, sadəcə, diplomatik deyil, hərbi rütbədir və səfir Livanın hərbi-siyasi təşkilatı Hizbullah, Əsəd rejimi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə koordinasiyaya cavabdehdir. Sobhaninin təyinatı İrəvanın Tehran üçün hərbi əhəmiyyətini ortaya qoyur. SEPAH Azərbaycana qarşı gərginliyi artırmağı planlaşdırır.

Miri
Demokratikmusavat.com

0.23537397384644