Qızmar havada kondisionersiz avtomobil idarə etsəniz, bu hal yaşana bilər... - VİDEO

 

Sürücülər isti havalarda diqqətli olmalıdır.

Xüsusilə isti havalarda kondisionersiz avtomobillərlə səyahətə çıxmaq ağır fəsadlara səbəb ola bilər.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, bir neçə gündür ölkə ərazisində temperatur 40 dərəcə və daha yüksəkdir. Belə olan halda, asfalt qatının istiliyi 60-70 dərəcəyə qədər qalxır. Bu vəziyyətdə avtomobili pəncərəsi açıq şəkildə idarə etmək tövsiyə edilmir.

Ekspertin sözlərinə görə, pəncərəsi açıq avtomobildə hərəkət edərkən qızmar hava axını insan bədənindəki mayeni azaldır, gözlərin qurumasına səbəb olur. Nəticədə sükan arxasında halı pisləşən sürücü ağır qəzaya şərait yarada bilər.

Ərşad Hüseynov əlavə edib ki, hətta bəzi ölkələrdə güclü istilər zamanı iritonnajlı avtomobillər əsas magistrallara buraxılmır.

0.16988396644592