Özündən 6 yaş kiçik qardaşını öldürdü - Qətlin təfərrüatı 

 

Bakıda qardaşını öldürməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ramil Muşarapovun cinayət işi təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Əslən Tatarıstandan olan, Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan 1975-ci il təvəllüdlü Ramil Mavilyitoviç Muşarapov aralarında yaranan şəxsi mübahisə zəminində doğma qardaşı, 1981-ci il təvvəlüdlü Renat Mavilyitoviç Muşarapovu bıçaqlayaraq qətlə yetirib. Qətli törədən Ramil Muşarapov hadisədən sonra polis idarəsinə gedərək könüllü təslim olub. Ramil Muşarapov bundan əvvəl də bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Həmin cinayət işlərindən biri də qətl olub.

Saxlanılan Ramil Muşarapov ifadəsində göstərib ki, valideynləri ilə birgə yaşayıb və qardaşları Samir ilə Renatın rəngsaz işləyiblər. İlk dəfə 1993-cü ildə oğuluq etdiyindən 4 il azadlıqdan məhrum edilib. Həmin cəzanı cəkdikdən sonra azadlığa buraxılıb. 1995-ci ildə adam öldürdüyündən yenidən 15 il müddətinə azadlıqdan məhrum olunub. Qobustan həbsxanasında baş vermiş cevrilişdə iştirak etdiyinə görə əlavə olaraq 3 il cəzası artırılıb və 2013-cü ildə azadlığa çıxıb. 

Son bir ay ərzində böyük qardaşı Samirin yanında fəhlə kimi işləyib. Hadisədən 3-4 gün qabaq isə fəhləyə ehtiyac olmadığından o, yenidən işsiz qalıb. Pulu olmayanda qardaşları ona maddi cəhətdən köməklik ediblər. 

Müşarapovun sözlərinə görə Renat ondan balaca olsa da, daim ona qarşı hörmətsizlik edib və hətta onun uzun müddət cəza çəkməsinə belə əhəmiyyət verməyib. 

Noyabrın 20-də səhədən axşama kimi evdə olub. Renat axşam saat 8-də işdən evə qayıdıb. Həmişə olduğu kimi qardaşı ona salam vermədən öz otağına keçərək televizora baxmağa başlayıb. O, arada küçəyə çıxıb qayıdarkən Renatın otağının qapısının açıq olduğunu görüb. Ramil yaşca kiçik qardaşının ona qarşı hörmətsizlik etməsini qəbul edə bilməyib və əsəbləşərək mətbəxə keçib bıçağı götürüb Renatın otağına girib. Sonuncu çarpayıda kürəyi üstə uzanıb televizora baxıb. O, içəri girən kimi heçnə demədən Renatın yaxasından tutub özünə tərəf çəkib və sağ kürək nahiyyəsindən bir bıçaq zərbəsi vurub. Bu zaman qardaşı qışqıraraq ona müqavimət göstərməyə çalışıb. Anası otağa daxil olan kimi Ramil öz otağına keçərək paltarını dəyişib və kəsici aləti götürərək küçəyə çıxıb. Küçədə taskiyə əyləşərək polis bölməsinə gedib.

Məhkəmə prosesində Ramil Muşarapov ittiham üzrə özünü tam təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməyib. 

Sonda məhkəmənin hökmü ilə o, CM-nin 120.2.2 ( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

0.19089198112488