ABŞ hərbi bazaları raket atəşinə tutuldu

 

Suriyanın şərqindəki Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ-ın üç hərbi obyektinə raket zərbələri endirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Mümkün tələfat və ya obyektlərə dəyən ziyan barədə məlumat verilməyib.

Bundan əvvəl Suriyanın Həsəkə əyalətində ABŞ hərbi bazasında partlayışlar baş verib.

Həmçinin bildirilib ki, avqustun 10-da ABŞ koalisiyasının təyyarələri və pilotsuz təyyarələri sutka ərzində 18 dəfə Suriyanın hava məkanını pozub.

0.17113304138184