Azərbaycanla bağlı Qərb və Moskva nədə razılığa gəlib? – Baqratyan

 

“Sülh danışıqlarında artıq Qarabağ məsələsi yoxdur. Danışıqlarda əsas məsələ artıq Zəngəzur və Ermənistan, azərbaycanlıların Ermənistanda məskunlaşması məsələsidir. Qərb və Moskva bu məsələdə razılaşırlar”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.

Onun sözlərinə görə, danışıqlarda yolların bağlanması və məcburi köçkünlərin geri qaytarılması məsələləri Azərbaycanın xeyrinə vurğulanır.  

“Azərbaycan Qarabağ uğrunda müharibəyə başlayıb sülh müqaviləsi ilə müharibəni bitirərək Zəngəzuru alır. Çünki Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan heç kim nə Qafana, nə də Gorisə getməyəcək”, - Baqratyan qeyd edib.

Onun sözlərinə görə, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan "Laçın dəhlizi"ni bağlayıb. 

 

0.27676796913147