Niger prezidenti mühafizəçiləri tərəfindən həbs olundu

 

Nigerin dövlət başçısı Mohammed Bazum Prezident Qvardiyası tərəfindən saxlanılıb.

Bu barədə ölkə prezidentinin ofisindəki mənbə xəbər verib.

Ancaq Niger ordusu mühafizəçilərin qiyamına dəstək verməyib.

Məlumata görə, prezident mühafizəsi dövlət başçısının iqamətgahına girişi bağlayıb və danışıqlardan sonra Bazumu buraxmaqdan imtina edib. Ordu isə öz növbəsində onlara ultimatum verib. Onların qiyamçılara hücum etməyə hazır olduğu bildirilir.

Prezident aparatından Bazum və ailəsinin yaxşı olduqları bildirilib.
Mənbə onu da vurğulayıb ki, Bazum yaxın günlərdə prezident qvardiyasının komandiri, general Omar Tçianini işdən çıxarmağı düşünürdü.

Mohammed Bazum 2021-ci ildə prezident seçilib.(oxu.az)

0.14914202690125