Çin Mərkəzi Bankına yeni rəhbər təyin edildi

 

Bundan əvvəl Çin Mərkəzi Bankının sədr müavini vəzifəsində çalışmış Pan Qunşen Çin Xalq Bankının yeni rəhbəri təyin edilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

O, təqaüd yaşı 65-ə çatan Yi Qanı əvəz edəcək.

Pan Qunşen 2012-ci ildə NBK-ya qoşulub, 2016-cı ildən isə Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının rəhbəridir.

"South China Morning Post" qeyd edir ki, bir aydan az əvvəl 60 yaşlı Pan Qunşen Çin Mərkəzi Bankının partiya lideri təyin edilib.

0.19347095489502