Yayda uzun müddət evdə olmadıqda su sərfiyyatı necə hesablanır? - VİDEO

 

Yay mövsümündə vətəndaşların bir qismi şəhərdən bağ evlərinə köçdüyündən, eləcə də bölgələrə və xaricə istirahətə getdiyindən müəyyən müddət mənzillərdə yaşayış olmur. Bu zaman sudan ya ümumiyyətlə istifadə edilmir, ya da qismən istifadə olunur. 

Demokratikmusavat.com ” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, qurum əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur. 

Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azərsu” ASC-yə, Cəmiyyətin yerli bölmələrinə çoxsaylı şikayət və müraciətlər edilir. Sonradan bu qeyri-dəqiqlik necə həll olunur, sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılır? Bu və digər suallara ətraflı videodan cavab ala bilərsiniz.  

0.2280330657959