Tehran bu dəfə Qarabağ məsələsində ermənilərə dəstək oldu

 

İranın erməni sevgisi tükənməzliyi davam etməkdədir. İslam həmrəyliyindən, bölgədə sülhün yaranmasından dəm vuran Tehran əməldə bölgədə sülhə mane olub gərginliyin davam etməsi istiqamətində hər fürsətdə addımlar atmaqdadır. İran ərazisində fəaliyyət göstərən erməni kilsələrində Qarabağdakı etnik ermənilər üçün iki gün ardıcıl olaraq həmrəylik kilsə zəngləri çalınacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə erməni ekspert Tiqran Davudyan bildirib.

Tehrandakı erməni Yeparxiyasına məxsus kilsədə sabah və ertəsi gün saat 12:00-dan etibarən erməni kilsələrinin zəngləri guya Qarabağda “mühasirədə” olan ermənilərə dəstək üçün “səs salacaq”.

“Dost İran xalqının indiki şəraitdə belə bir addımı müsbətdir”, - Davudyan qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.29490399360657