ABŞ və Niderland Çinə yeni məhdudiyyətlər tətbiq edəcək

 

Niderland hakimiyyəti ABŞ-ın tələbi ilə ölkənin ASML şirkətinin Çində çip istehsalı avadanlıqlarına xidmət göstərməsinə mane olacaq yeni ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ASML müasir prosessorlarda ən nazik çipləri hazırlamaq üçün istifadə edilən litoqrafiya skanerlərinin aparıcı istehsalçısıdır.

Niderlandın qarşıdan gələn yeni ixrac nəzarəti qaydaları ASML-yə standart olaraq Çində öz avadanlıqlarını təmir etməyi və sazlamağı qadağan edəcək. Çində fəaliyyətini davam etdirmək üçün şirkət hökumətdən xüsusi lisenziya almalıdır. Yeni qayda 2023-cü ilin sentyabrında qüvvəyə minəcək.

0.20681095123291