Tanınmış qapıçı 11 ildən sonra "İnter"i tərk edib

 

Sloveniya millisinin sabiq qapıçısı Samir Handanoviç İtaliya "İnter"ini tərk edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı qolkiperlə iyulun 1-də başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, təcrübəli oyunçu 2012-ci ildən "İnter"də çıxış edirdi. O, Milan təmsilçisinin heyətində 455 oyuna çıxıb, 471 qol buraxıb və 166 dəfə qapısını toxunulmaz saxlayıb. Handanoviç "İnter"lə bir dəfə İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu və Superkubokunu qazanıb.

0.34864091873169