Ərdoğan İsveçdə Qurani-Kərimin yandırılmasını kəskin pislədi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatı kəskin şəkildə pisləyib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edən Ərdoğan deyib ki, Ankaranın Stokholmda baş verənlərə reaksiyası son dərəcə sərt olacaq və bu yanaşma Qərbin islamofobiyanın və terrorizmin təzahürləri ilə mübarizədə qətiyyət nümayiş etdirməyə başlayana qədər davam edəcək.

Türkiyə lideri vurğulayıb ki, ifadə azadlığı adı altında anti-islam aksiyalarına icazə verən və ya islamafobiya təzahürlərinə məhəl qoymayan strukturlar öz məqsədlərinə çatmayacaq: “Müsəlmanların inanclarını təhqir etməyin ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Gec, ya tez Qərbin müəyyən dairələrini bu faktı qəbul etməyə məcbur edəcəyik!”, - dövlət başçısı bildirib.

0.22375392913818