ABŞ-də kiberhücum zamanı milyonlarla insanın şəxsi məlumatları oğurlandı

 

ABŞ-nin Oreqon ştatında sürücülük vəsiqəsi və əyalət şəxsiyyət vəsiqəsi olan 3,5 milyon adamın və Luiziana ştatında eyni sənədləri daşıyanların məlumatları hakerlər tərəfindən oğurlanıb. 

Demokratikmusavat.com “CNN”ə istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat verib.

Səlahiyyətlilər kiberhücuma görə heç kimi günahlandırmayıb, federal rəsmilər isə insidenti Rusiyanın fidyə proqramları şəbəkəsi ilə əlaqələndiriblər.

Hücumdan sonra İngiltərədəki “BBC” və “British Airways” kimi böyük şirkətlərin, həmçinin ABŞ Energetika Nazirliyi və bir çox federal qurumların məlumatlarının oğurlanmış ola biləcəyi paylaşılıb.

Luiziana qubernatorunun verdiyi məlumata görə, hakerlər oğurlanmış məlumatları satmayıb və yaydığına dair heç bir əlamət yoxdur. 

Günay

0.2663140296936