Dəhşətli istilər 8 nəfərin ölümünə səbəb oldu

 

Meksikada davam edən isti hava şəraiti 8 nəfərin ölümü ilə nəticələnib.

Demokratikmusavat.com “Star” qəzetinə istinadən xəbər verir ki, ölkənin xüsusilə Sorona, Verakruz, Quintana Roo və Oaxaka ştatlarında isti hava şəraiti bir neçə gün davam edəcək. 

Ölkənin Səhiyyə Nazirliyi güclü istilərdən dolayı onlarla insanın günvurma şikayəti ilə xəstəxanalara müraciət etdiyini və onlardan 8-nin dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Meksika son illərin ən isti yay günlərini yaşayır.

Məhəmməd Allahyarlı (təcrübəçi)

 

0.26206684112549