Qan donduran cinayət: 3 azyaşlı övladını sıraya düzüb güllələdi - VİDEO

 

ABŞ-nin Ohayo ştatında 3, 4 və 7 yaşlı 3 oğlunu qətlə yetirən atanın etirafları yerli mediada rezonans doğurub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, WKRC-TV 32 yaşlı dörd uşaq atası Çad Dormanın 3 oğlunu güllələyərək öldürdüyünü bildirib.

Məlumata görə, uşaqların anası i ərinin əlindən silahı almağa çalışarkənsə əlindən yaralanıb.
Yaralı qadının həyati təhlükəsi olmadığı bildirilsə də, cinayətkarın sağ qalan qızının isə yaralanıb yaralanmaması barədə məlumat verilməyib.

Klermont dairəsinin şerif ofisinin yaydığı görüntülərdə atanın uşaqlarını öldürdükdən sonra sakitcə həyətdə oturduğu görünür.

Ağırlaşdırılmış ömürlük həbs cəzası verilən cinayətkarın ifadələri eşidənləri hiddələndirib.
O, dindirilmə zamanı azyaşlı uşağın ondan qurtulmaq üçün tarlaya qaçdığını, lakin sonradan uşağı tutub evə gətirdiyini deyib.

“New York Post” qəzetinin yazdığına görə, Dorman qətli aylardır planlaşdırdığını və uşaqlarını evin bağçasında sıraya düzərək atəş açdığını etiraf edib.
Qan donduran qətlin səbəbi isə açıqlanmayıb.

Klermont mahal prokuroru Mark Tekulve hadisəni  “indiyə qədər gördüyü ən iyrənc, ən dəhşətli cinayət” adlandırıb.

Billurə

0.24901294708252