Putin onları açıq təhqir etdi: özünə "insanlığın dostu" dedilər, inanmadı - VİDEO

 

Dünən Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (BİF) plenar iclasında çıxışı zamanı bir neçə çıxışı ilə diqqət çəkib.

Demokratikmusavat.com xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun ünvanına təhqiramiz ifadələri ilə yadda qalıb.

Belə ki, Putin belə deyib: "Mənim çoxlu yəhudi uşaqlıq dostlarım var. Onlar deyirlər ki, Zelenski yəhudi deyil, yəhudi xalqının üz qarasıdır".

Rusiya lideri həmçinin söyləyib ki, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var, onları azaltmağımızı istəyirlər, "cəhənnəm olsunlar". 

"Qərb Rusiya ilə danışıqlar aparmaq istəməyib, amma bunu edəcəklər və biz də görəcəyik", - o deyib.

Bundan əlavə, Əlcəzair Prezidenti Abdelmacid Tebbun Putini "bütün bəşəriyyətin, insanlığın dostu" adlandırıb. Rusiya liderinin bu sözlərə reaksiyası isə müzakirələrə səbəb olub. Belə ki, "Putin özü də onun sözlərinə, qulaqlarına inanmadı", - deyə sosial şəbəkə istifadəçiləri yazıb.

0.27908611297607