Ali təhsil müəssisəsinin premium fakültələrində ətalət nəğmələrinə dirijorluq edən trio qrupunun səhnə məharəti…

 

İtalyanşünas alim, Günel Bayramova yazır:

Ədalətlə şəxsi rəğbəti səhv salan, zəhmətlə qeybəti eyni mərtəbəyə ucaldan, vəzifəni nailiyyət hesab edən trio qrupunun solisti filologiya üzrə fəlsəfə doktoru, dosent Şəngülüm Mərhəmətli, sadiq komanda yoldaşları – şöbə müdiri fil.f.d., dos. Aybəniz Yüfqaürəkli və filologiya elmləri doktoru Milxanım Çarşaflı ilə birlikdə təcili məşvərət edərək vecsizliyin təşviq olunduğu kiçik dünyalarında böyüklük etməyə qalxıblar:
– Aybəniz, xəbərin olsun ki, vicdanlı müəllimlərdən biri şəxsi vəsaiti hesabına tələbə və müəllimlərə hava və su qədər lazım olan bir kitab çap etdirib. Yadındadırmı, o zaman kitabı elmi şuraya qoymuşdu, universitet çapına baş qoşmadı. İndi ictimaiyyətdən gizlətdiyimiz həmin kitablardan birini üzə çıxarıblar. Universitetimizə treyninqə gələn tələbələrin kitaba bərk tamahları düşüb. Öz aramızdır, ay Bəniz, elmi-metodik mənbə kimi kitaba söz yoxdur. Dəyərli vəsaitdir. Hədiyyə edirmiş treyninqə gələnlərə. Bəzilərinin ürəyi dözməyib, 1 kitaba 5 manat pul qoyublar cibinə. Bənizcan, düzü, o kitabın azı 20 AZN qiyməti var, ancaq belə əfəl müəllimlərimiz də var... Ancaq ürəyim partlayır. Axı niyə o, elə kitab ortaya qoymalıdır? Bizim ondan nəyimiz əskikdir? Yox, belə olmaz, o kitabları elə onun özündən ucuz qiymətə alıb yandıraq ki, yayılmasın. Özünə desək, bizə 50-60 ədəd pulsuz da verər.
Dərhal komandamızdan ibarət bir iclas təşkil etməliyik. Vicdanlı müəllim heyəti arasında nifaq salmaq, kitabla gündəmə gəlmək fəaliyyətinə son qoymaq lazımdır.

– Baş üstə, Şəngülüm xanım, bu dəqiqə məsələyə əncam çəkərik. Bu ədalət carçılarını hüzurunuza gətirərik, zəhmətkeş müəllim heyətinin ruhdan salınmasında əlimizdən gələni əsirgəmərik.
– Tez olun, Milxanım, Aybəniz, gətirin o xainləri hüzuruma!

"Demokratikmusavat.com"

 

0.2687201499939