Ərdoğan: “Zəngəzur dəhlizi ətrafındakı problem Ermənistanla yox, İranla bağlıdır”

 

Ötən gün ölkəmizə səfərini başa vurub Türkiyəyə qayıdan Prezident Rəcəb Tayyib Ərdoğan türkiyəli jurnalistlərə səfərin yekunları barədə bəzi məlumatlar verib.

Demokratikmusavat.com xəbər verir ki, R.T.Ərdoğanın açıqlamaları arasında ən çox diqqət çəkən məsələ Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması olub.

Türkiyə dövlətinin başçısı Zəngəzur dəhlizi ətrafında davam edən gərginliyin “müəllif”ini də açıqlayıb.

“Zəngəzur dəhlizi ətrafındakı problem Ermənistanla deyil, İranla bağlıdır. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində, onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də, “Pekin-London xətti” də açılmış olar”, - deyə Türkiyə prezidenti vurğulayıb.

 

0.14656090736389