Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı

 

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın bir vaqonunun qapılarında sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb. 

Qurumdan Ölkə.az-a verilən məlumata görə, "28 May" stansiyasında maşinist vaqon qapılarına baxış keçirib və qatarın sərnişinləri düşürülməklə xətdən çıxarılması zərurəti yaranıb. 

Nəticədə, qatar stansiyanı, sərnişinsiz olmaqla, 6 dəqiqə yubanma ilə tərk edib.

0.18271613121033