Rusiya XİN Qərbə xəbərdarlıq edib

 

Moskva ümid edir ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı qarşıdakı təlimləri Qərbdə “qaynar başları” “soyudacaq”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Ümid edirik ki, bu, onlara yaratdıqları strateji risklərin mümkün fəlakətli nəticələrini anlamağa yardım edəcək və onlar həm Kiyev rejiminə kömək etməkdən, həm də Rusiya ilə birbaşa silahlı qarşıdurmaya sürüklənməkdən imtina edəcəklər”, - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlər NATO ölkələrinin son döyüş xarakterli bəyanatları kontekstində nəzərdən keçirilməlidir.

0.45303392410278