Azərbaycanın Ermənistan, Gürcüstan və Dağıstan arasında bölüşdürülməsi planlaşdırılırdı - Tahir Mirkişili

 

“Hər bir xalqın mövcud olması və inkişaf etməsi o xalqın milli xüsusiyyətlərinin güclü tərəflərinin tarixin çətin məqamlarında qalib qəlmək üçün həlledici olması və həlledici məqamlarda öz liderini yetişdirmək üçün milli potensialının olması hesabına baş verib. Güclü liderlərə və güclü milli xüsusiyyətlərə malik olmayan xalqlar güclü dövlət qura bilməməmiş, tarixin səhnəsindən silinmiş və ya sahib olduqları dövlət zəif inkişaf edib”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatı yoxsul, primitiv və bərbad vəziyyətə düşmüşdüyündən onun ərazisinin Ermənistan, Gürcüstan və Dağıstan arasında bölünməsi ideyası müzakirə olunurdu. “Belə bir şəraitdə 
ulu öndər Heydər Əliyev belə bir Azərbaycana rəhbər təyin edilməsi ölkəmizin taleyini dəyişdirdi və onu yox olmaqdan xilas etdi”, - o qeyd edib.

 O əlavə edib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan  qısa zamanda SSRİ respublikalari arasında ən sürətlə inkişaf edən, iqtisadi cəhətdən  güclü  bir respublikaya çevrildi: “Yaradılan bu iqtisadi potensial artıq hər bir azərbaycanlının şüurunda müstəqil ola bilmək inamını yaratmaqda idi. Azərbaycanın müstəqil ola bilməsinə və müstəqil inkişafına getdikcə daha çox insan inanmağa başlayırdı. Heydər Əliyev həm də bu insanların təqiblərdən qorunub saxlanılması missiyasını həyata keçirirdi”.

Deputat bildirib ki,  Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməklə Azərbaycanı yox olmaqdan xilas etdi və onu müstəqil etdi: 

“Bu il Heydər Əliyevin anadan olmasının 100 illiyidir. 100 il bundan öncə bu torpaqlarda faciə yaşanırdı. Dövlətimiz işğal olumuş, milli ziyalılarımıza qəsdlər olunmuş, milli bayrağımız endirilmişdir. Belə bir şəraitdə Uca Tanrı Azərbaycan xalqına bu müstəqilliyi bir daha bəxş edəcək və bu dəfə onu əbədi edəcək bir övlad bəxş etdi.  

Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən, Qarabağı azad edən, bayrağımızı Şuşada dalğalandıran bu günkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Onun layiqli davamçısı müzəffər Ali Baş Komandan, dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və sonsuz olaraq inanır ki, bu gün 100 ildir, sabah 1000 il olacaq”.

Mürtəza
Demokratikmusavat.com

0.14723682403564