“Laçın” postunda danışıb adını gizlətdi: “Generallar və komandirlər…” – Nə baş verir?

 

Qarabağ müharibəsinin erməni iştirakçılarının “Laçın” keçid məntəqəsindən hərəkətinə icazə verilmir. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ermənistan nəşri məlumat yayıb.

Məqalədə deyilir ki, Azərbaycan hərbçiləri müvafiq qanunvericilik dəyişiklikləri hazırlanmayana, məhkəmə prosesləri və ya cinayət işləri başa çatana qədər onların Qarabağı tərk etmək hüququna malik olmadığını bəyan edib. Bu müddət ərzində onlar ya mühakimə olunacaqlar, ya da bəraət alacaqlar.

“Bu barədə bizə hazırda artsaxda (Xankəndi) olan müharibə iştirakçılarından biri dedi və adını açıqlamamağı xahiş etdi: “Bəli, bu, doğrudur. Məndə olan məlumata görə, azərbaycanlılarda 500 nəfərin adı olan siyahı var. Mənim də adım siyahıdadır. Dedilər ki, Vitali Balasanyanın da adı var və o siyahıya bir çox erməni general və komandirlərin də adı daxil edilib”, - Ermənistan nəşri yazıb.

0.1730329990387