Paralel.az ” xarici KİV- ..."> Paralel.az ” xarici KİV- ...">

"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq"

 

"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq".

Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Avropa Parlamentində keçirilən dinləmə zamanı deyib.

Onun sözlərinə görə, Aİ Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır: “Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”.

J.Borel bildirib ki, Aİ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.

0.214271068573