Türkiyə ordusundan terrorçulara ağır zərbə

 

Suriyanın şimalındakı “Zeytun budağı” bölgəsində Türkiyə Silahlı Qüvvələrinə atəş açan 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. 

 

Demokratikmusavat.com xəbər verir ki, Türkiyənin terrorla mübarizəsi həm ölkə daxilində, həm də sərhədləri boyunca qətiyyətlə davam edir. 

“Zeytun budağı” ərazisində Türkiyə hərbçilərinə atəş açan 4 PKK/YPG terrorçusu uğurlu əməliyyatla zərərsizləşdirilib. 

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir: “Qəhrəman Mehmetçik Suriyanın şimalında terrorçulara qarşı effektiv və qətiyyətlə mübarizəsini davam etdirir”. 

0.20496201515198