Kəlbəcərdə 1560 ailəlik yaşayış məntəqəsi tikiləcək - 2,9 milyon ayrıldı

 

Kəlbəcər rayonunda 1560 ailəlik yaşayış məntəqəsi tikiləcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bir mənbə metodu ilə satınalma həyata keçirilib.

Kəlbəcər rayonunun Zar kəndində 855 (birinci mərhələdə 547) ailəlik yaşayış məntəqəsinin tikinti layihəsinin hazırlanması üçün “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə 1 099,510 min manat, Kəlbəcər rayonunun Zallar  kəndində 487 (birinci mərhələdə 350) ailəlik yaşayış məntəqəsinin tikinti layihəsinin hazırlanması üçün “Triumph-M” MMC ilə 988,968 min manat, Kəlbəcər rayonunun Yanşaq kəndində 218 ailəlik yaşayış məntəqəsinin tikinti layihəsinin hazırlanması üçün “Minera” MMC ilə 799,967 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Könül
Demokratikmusavat.com

 

0.41773295402527