Hakan Fidan Dmitri Kuleba ilə danışıb

 

Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Danışıq zamanı Kuleba, həmkarı Fidanı yeni vəzifəsi münasibətilə təbrik edərək, Ukraynaya səfər etməyə dəvət edib.

Tərəflər, həmçinin Ukraynadakı cari hadisələri də müzakirə edib.

0.21268892288208