İranla Taliban arasında atışma - VİDEO

 

İran sərhədçiləri ilə Taliban qüvvələri arasında sərhəd bölgəsində qarşıdurma baş verib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İranın yarı rəsmi "Fars" xəbər agentliyi məlumat yayıb. Xəbərdə İranın Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli polis məntəqəsi yaxınlığında Taliban sərhəd qüvvələri ilə İran sərhədçiləri arasında qarşıdurma baş verdiyi bildirilib. İran dövlət televiziyası isə hələlik səbəbi bəlli olmayan münaqişənin sona çatdığını və sərhəddəki iki tərəfin hərbi rəsmilərinin münaqişənin səbəbini qiymətləndirmək üçün görüşdə olduqlarını açıqlayıb.

Taliban hələ ki münaqişə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, son günlər Hilmend çayında suyun bölgüsü ilə bağlı İran və Taliban arasında gərginlik yaşanıb.

Taliban administrasiyası bölgədəki quraqlığa görə suyun miqdarının azaldığını və suyun İrana çatmadığını iddia etsə də, İran texniki nümayəndə heyətinin bölgəyə səfər etməli olduğunu bildirir. 

Billurə

0.21440196037292