Putin: "Fikirləşirdim ki, sağ olun deyəcəklər, dəli olublar"

 

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanda baş verən etiraz aksiyalarından danışıb.

Demokratikmusavat.com xəbər verir ki, o, Gürcüstanla açıq hava əlaqəsi ilə bağlı qərarı və təklifi şəxsən özü verib.

Rusiya liderinin sözlərinə görə, bu qərar Rusiya ilə normal münasibətlər qurmağa çalışanlara dəstək vermək istəyi ilə bağlıdır.

Bununla belə, Putin Gürcüstanda buna görə yüksələn “səs-küy”ü başa düşmədiyini deyib:

“Fikirləşirdim ki, hamı deyəcək: “Sağ olun, yaxşıdır. Xeyr, bu məsələdə [Gürcüstanda] tamamilə anlaşılmaz tufan qopdu. Kənardan baxanda fikirləşirəm ki, onlar tamamilə dəli olublar, orada baş verənlər aydın deyil".

Xatırladaq ki, 200-ə yaxın insan mayın 15-dən etibarən Rusiya Federasiyası ilə uçuşların bərpasına etiraz olaraq Tbilisinin Rustaveli hava limanına toplaşıb. Onlar son 4 ildə Moskvadan Tbilisiyə ilk birbaşa reyslə gələn sərnişinlərdən narazılıqlarını bildiriblər.

0.27924108505249