Türk seçicisi Azərbaycanı “İpək Yolu”ndan silənlərə millətimiz “yox” dedi - vitse-prezident 

 

“Tarixdə olduğu kimi Türkiyə və Azərbaycan bu gün də birlik dastanı yazmaqdadır. Bu birlik dastanını gələcək nəsillərin öhdəsinə buraxırıq. Qarabağın işğaldan azad edilməsi istiqamətindəki birgə səylər də  birliyimizin və mübarizəmizin nəticəsidir.Fevral ayında yaşadığımız zəlzələ fəlakətində köməyə ilk gələn Azərbaycan oldu. Kahramanmaraşda təməli qoyulan  Azərbaycan məhəllə layihəsinə görə xalqımız adından sizə səmimi təşəkkürümü bildirirəm”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada 28 may-Respublika  Günü ilə bağlı təşkil olaunan  rəsmi qəbul mərasimində çıxışı zamanı deyib. 
Vitse-prezident deyib ki, Türkiyə ilə Azərbaycan tarixi, mədəniyyəti, dili, inancı, dərdi, sevinci bir olan  olan iki qardaş ölkə kimi bundan sonra da birgə addımlayacaq.

“Bir daha demək istəyirəm ki, biz Ankaranın taleyini Bakının taleyindən ayrı düşünmürük və etməyəcəyik. Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daim qorusun”.

Kamal Kılıcdaroğlunun Azərbaycandan yan keçməsini nəzərdə tutab İpək Yolu ilə bağlı irəli sürdüyü təklifə də sərt reaksiya verən Fuat Oktay bunları deyib: “Millətimiz Azərbaycanı İpək Yolundan silən zehniyyəti seçkilərin ilk turundaca  qələbəsinə imkan vermədi. Millətimiz Boraltan körpüsündə iztirablara səbəb olan sehniyyətə “dur” dedi. Əgər deyiriksə ki, qardaşıq, bu, zamana, duurma  və yaxudda  şəraitə görə dəyişmir, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir. Qarşıda bizi bölgədə  sülhü, əməkdaşlığın inkişafına  xidmət edən çoxsaylı layihələrimiz, keçəcəyimiz yollar və açacağımız dəhlizlər var. Enerjidən kommunikasiyaya, kənd təsərrüfatından müdafiə sənayesinədək bütün sahələrdə çiyin-çiyinə birgə fəaliyyət göstərəcəyik”.

Mürtəza
Demokratikmusavat.com

0.23478293418884