Ermənistan parlamentində deputatlar dalaşdı - VİDEO

 

Ermənistan parlamentinin bu gün keçirilən iclasında müxalif  “Ermənistan” fraksiyasının üzvü, Sisianın eks-meri Artur Sarkisyanın çıxışından sonra onunla “Vətəndaşa Müqaviləsi” fraksiyasından olan deputat Ovik Ağazaryan arasındakı söz atışması, sonda davaya çevrilib. 

Demokratikmusavat.com ” xəbər verir ki, mübahisənin davaya çevrilməsinə səbəb isə Ağazaryanın müxalifətçi deputata “otur, artıq-əskik hərkət etmə”.

Hakim fraksiyasının digər nümayəndələri də ona qoşulub.

İnsidentin qarşısını almaq üçün spiker Alen Simonyan təhlükəsizlik xidmətinə müxalif deputatı zaldan çıxarmağı əmr edib və müxalifətdən olan deputata zaldan çıxarılıb.

Müxalifətçilər iclas zalından çıxarılarkən onlarla təhlükəsizlik işçiləri arasında qarşıdurma yaranıb. Müxalifətdən olan deputatlar etiraz ediblər ki, niyə onları çıxarırlar, amma hakimiyyət təmsilçilərini yox.

Mürtəza
Demokratikmusavat.com

0.21441888809204